Gəncənin raket düşən ərazisindən    FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Gəncənin raket düşən ərazisindən  FOTOLAR

Sosial

12 Oktyabr 2020 14:02 3664


Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatı zamanı çoxsaylı canlı qüvvəsini, zirehli texnikasını, silah-sursatını itirən, işğal altında saxladığı mövqelərdən geri çəkilmək məcburiyyətində qalan Ermənistan ordusu Azərbaycanın hərbi obyektlərini deyil, dinc əhalinin yaşadığı rayon, şəhər, qəsəbə və kəndlərimizi hədəfə alıb. Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini yenidən raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub. Bununla yanaşı, 34 nəfər, o cümlədən 16 qadın, 6 azyaşlı uşaq yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib. Yenisabah.az APA-ya istinadla Gəncə şəhərinin raket düşən ərazisindən fotoları təqdim edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!