General vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

General vəzifəsindən azad edildi

Siyasət

26 Fevral 2024 11:31 15675


Fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.

Bu barədə müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, Ragim Lətifov 18 avqust 2006-cı ildə fövqəladə hallar nazirinin maliyyə məsələləri üzrə müavini təyin edilib. Dominos pizza

General-leytenant 23.05.1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə fövqəladə hallar nazirinin daha 4 müavini vəzifələrindən azad ediləcək.

Məsələ ilə bağlı FHN-in mətbuat katibi Gülçün Mehtiyeva ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Bununla bağlı onun “WhatsApp” ünvanına sorğu da göndərilib.

Xatırladaq ki, ötən həftə general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini təyin edilib.

Qaynarinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!