Şirvanda avtomobil iki nəfəri vurub.
Yenisabah.az xəbər verir ki, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.
VAZ-2107 markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alna M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb. Sezar pizza
Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız