Goranboyda hərbi maşın qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda hərbi maşın qəzaya düşdü

Hadisə

11 Noyabr 2022 17:38 978


Goranboyda hərbi maşın qəzaya uğrayıb.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Xan Qərvənd kəndində baş verib.

Hadisə zamanı bir neçə hərbçinin yaralandığı bildirilir. pizza

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı saytımıza təsdiq edib: 

“Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!