YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Göyçayda ata və oğul müəmmalı şəkildə yandı: Ölən və xəsarət alan var

Göyçayda ata və oğul müəmmalı şəkildə yandı: Ölən və xəsarət alan var

Hadisə

29 Sentyabr 2022 00:39 627


Göyçay rayonunda bir ailənin iki üzvü yanıq xəsarəti alıb, ölən var.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun İnçə kəndində qeydə alınıb.

Kənd sakini, 1966-ci il təvəllüdlü Məcidov Sərvər Həmid oğlu və 1995-ci il təvəllüdlü Məcidov Cavid Sərvər oğlu yaşadıqları evdə yanıq xəsarəti alıblar.

Ata və oğlu təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq bədəninin çox hissəsi yanmış olan Cavid Məcidov xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.

Ot biçən qurğuya yanacaq tökərkən qəflətən yanğının baş verdiyi deyilsə də digər versiyanın intihar olduğu bildirilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!