Göyçayda baş redaktor ailəsi ilə birgə qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda baş redaktor ailəsi ilə birgə qəzaya düşdü

Hadisə

20 Noyabr 2022 23:56 961


Göyçayda yük və minik avtomobillərinin toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.

Yenisabah.az xəbər verir ki, qəza nəticəsində minik avtomobilində olan “Göyçay” qəzetinin baş redaktoru Abdulla Əliyev və ailə üzvləri xəsarət alıblar.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin ilkin rəyinə əsasən, Abdulla Əliyevin vəziyyəti ağırdır. pizza mizza

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax yolunun 209-cu kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!