Göyçayda kafedə kütləvi dava düşdü - 3 nəfər bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda kafedə kütləvi dava düşdü - 3 nəfər bıçaqlandı

Hadisə

05 Noyabr 2022 10:46 974


Göyçayda kafedə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, noyabrın 5-də saat 2 radələrində polisə Cəyirli kəndi ərazisində yerləşən kafedə 3 nəfərə kəsilmiş-çapılmış xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Sezar pizza

Araşdırmalarla həmin vaxt kafedə rayon sakinləri - Elşad Mirzəliyevin, Kürdəmiş kənd sakini Zamiq Həsənovun və əvvəllər məhkum olunmuş Toğrul Bayramovun münaqişə zəminində Kürdşaban kənd sakini Pərvin Hüseynova bıçaqla çoxsaylı xəsarət yetirmələri, həmin vaxt onları aralaşdıran Kürdəmiş kənd sakini Aqil Yusifovun və Kürdşaban kənd sakini Seymur Rəhimovun kəsilmiş-çapılmış xəsarətlər almaları məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən E.Mirzəliyev, T.Bayramov və Z.Həsənov saxlanılıblar.

Xəstəxanaya yerləşdirilən P.Hüseynovun vəziyyəti ağırdır. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!