Göyçayda nasaz soba kimsəsiz qadının ölümünə səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda nasaz soba kimsəsiz qadının ölümünə səbəb oldu

Hadisə

13 Dekabr 2022 19:20 764


Göyçayda kimsəsiz qadın dəm qazından boğularaq ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün şəhərin Sabir küçəsindəki 27 saylı ünvanda yerləşən mənzildə qeydə alınıb.

Rayon sakini 64 yaşlı Zeynalova Fatma Məhəmməd qızı qonşuda kimsəsiz yaşayan ahıl yaşlı qadın, 81 yaşlı Babayeva Fatma Seyfəddin qızını hamamda çimizdirərkən nasaz sobadan içəri daxil olan dəm qazından zəhərləniblər. pizza

Hər iki qadın təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, 81 yaşlı Fatma Babayeva dünyasını dəyişib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!