Göyçayda 53 yaşlı kişi döyüldükdən sonra ölüb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, rayon sakini, 1970-ci il təvəllüdlü Ruslan Süleymanovdur.
İlkin araşdırma zamanı R.Süleymanovla qonşusu, 1988-ci il təvəllüdlü İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində dava-dalaşın baş verdiyi məlum olub. Sonuncunun küt alətlə R.Süleymanovun ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib. Marqarita pizza
İ.Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Telegram kanalımız