Müğənni Gülay Zeynallı toylara 10 min manata gedir.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə "Səhər mərkəzi" verilişində məlumat verilib.
Aparıcı Afaq Gəncəlinin "Deyirlər, Gülay toylara 10 minə gedir. Doğrudur, ya yalan" - sualına səssiz qalıb. Sezar pizza
Onun əvəzinə digər qonaq Əməkdar artist Ədalət Şükürov danışıb: "Belə deyəndə, insanlar elə fikirləşirlər ki, Gülay 10 mini alıb cibinə qoyur, çıxıb gedir. Həmin məbləğə musiqiçilər, avadanlıqlar, geyim, işçilər, maşın da daxildir", - deyə, bildirib.
Gülay da həmkarının sözlərini "Düzdür", - deyərək təsdiqləyib.
Telegram kanalımız