Gürcüstanın Müdafiə Nazirliyi Türkiyədən NATO standartlarına uyğun hazırlanmış VURAN zirehli maşınlarının partiyasını alıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Minadan qorunan maşınlar Türkiyə tərəfi ilə bağlanmış müqavilə əsasında Gürcüstana çatdırılıb. Avadanlıqların təhvil verilməsi mərasimi Gürcüstandakı Vaziani hərbi bazasında baş tutub. pizza sifarişi
VURAN zirehli texnikası NATO standartlarına uyğun təchiz edilib və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, eləcə də Gürcüstan və Türkiyə arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək.
2022-ci ildə Gürcüstan Müdafiə Nazirliyi Türkiyənin hərbi texnika istehsal edən ASFAT şirkəti ilə müqavilə bağlayıb və bu müqaviləyə əsasən ölkə bütün zirehli texnikalar alacaq.
Telegram kanalımız