Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin inkişaf etdirilməsində maraqlıdır və etibarlı qonşularına danışıqlar üçün öz platformasını təklif edir.
Yenisabah.az bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada keçirilən Diplomatik Forumda bildirib.
Onun sözlərinə görə, Tbilisi üçün regionda sülh vacibdir və gürcü tərəfi ümid edir ki, İrəvan və Bakı razılığa gələcək. Sezar pizza
Darsaliya qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlarda mövcud olan müəyyən çətinlikləri görür və başa düşür. Bu məqsədlə Tbilisi əvvəllər sülhsevər mehriban qonşuluq təşəbbüsü irəli sürüb və danışıqların aparılmasında hər iki ölkəyə dəstək təklif edib:
“Bizim üçün aydındır ki, kənar oyunçuları arenamıza buraxmaq əvəzinə, əməkdaşlığı davam etdirməliyik”.
Nazir müavini vurğulayıb ki, regionda sülhə alternativ yoxdur, buna görə Tbilisi danışıqları və Cənubi Qafqazda sabitliyin bərqərar olmasını dəstəkləyir.
“Bir neçə ay əvvəl Ermənistanla münasibətlərimizi yenilədik, onları strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. İnanırıq ki, bu, regionda əməkdaşlıq prosesinə böyük töhfə verəcək”.
Telegram kanalımız