Gürcüstanın dialoq təklifinin   GİZLİ SƏBƏBİ

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın dialoq təklifinin GİZLİ SƏBƏBİ

Siyasət

05 Mart 2024 00:30 1300


Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia Türkiyədə Diplomatik Forumda olarkən bildirib ki, Gürcüstan hakimiyyəti Azərbaycan və Ermənistan rəhbərliyini Tbilisidə sülh sazişi və Ermənistan-Azərbaycan nizamlanmasının digər aspektləri üzrə danışıqlara dəvət edib. Darsaliya izah edib ki, Gürcüstan Cənubi Qafqazda sabitliyin yaradılmasına sadiqdir və Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bütün tərəflərə, onların qonşularına fayda verəcəyini gözləyir. Diplomat qeyd edib ki, Gürcüstan həm Azərbaycana, həm də Ermənistana güvənir və qarşılıqlı məqbul sülhün əldə olunmasında onlara öz köməyini təklif edir. Eyni zamanda o, Ermənistan-Azərbaycan dialoqunda regiondankənar dövlətlərin iştirakına qarşı çıxış edib.

Gürcüstan xarici işlər nazirinin müavinin çıxışını Yenisabah.az-a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycana hansısa vasitəçi lazım deyil.

“Bu platformada Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesindən daha çox regional mövzular müzakirə olunacaq. Gürcüstan Rusiyanın orada olması səbəbindən “3+3” formatına qoşulmadı. İndi isə rəsmi Tibilisi istəyir ki, heç bir qeyri-regional gücün iştirakı olmadan yeni bir platforma yaradılsın. Belə başa düşürəm ki, Azərbaycan və Ermənistan arasındakı vasitəçilik nəzərdə tutulmur. Bu platformada daha çox kommunikasiyalar, hər 3 ölkəni maraqlandıran ümumi regional məsələlər müzakirə oluna bilər. Digər tərəfdən həm də düşünmürəm ki, Azərbaycan Gürcüstan da daxil olmaqla, hansısa dövlətin vasitəçiliyini qəbul etsin. Bizə hər hansısa vasitəçi lazım deyil”. pizza sifarişi

Tofiq Zülfüqarov platformanın yaradılmasında Gürcüstanın xüsusi marağının olduğunu da qeyd edib.

“Hazırda Ermənistan da Avropa İttifaqı ilə hansısa şəkildə öz münasibətlərini gücləndirmək istəyir. Çünki bildiyiniz kimi, Gürcüstanın ittifaqa üzvlüyü ilə bağlı qərar qəbul olunub. Bu baxımdan Gürcüstan istəyir ki, bölgədə bəzi məsələləri Avropa İttifaqı məhz onların vasitəsi ilə həyata keçirsin. Ona görə də vasitəçilik mövzusu hələki bizə lazım deyil. Azərbaycanla Ermənistan arasında ən sərfəli çərçivə birbaşa təmaslar və danışıqlardır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!