Hacıqabulda 2 oğru tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda 2 oğru tutuldu

Kriminal

04 İyul 2023 11:11 1500


Hacıqabulda fərdi yaşayış evlərinin birindən oğurluq edən rayon sakini, əvvəllər məhkum olunmuş Vəli Zayidov saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, cinayət əməlini etiraf edərək qeyd edilən oğurluq faktını tanışı İbrahim Şirinov ilə birlikdə törətdiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, qabaqcadan əlbir olan tanışlar zərərçəkənə məxsus ünvana qanunsuz daxil olaraq oradan dəmir borular və digər tikinti materialları, avtomobil ehtiyat hissələri və 3 ədəd su matoru oğurlamaqla 4600 manat maddi ziyan vurublar.  pizza hut

Oğurluq hadisəsində iştirak edən İ.Şirinovda müəyyən edilərək istintaqa cəlb olunub.

Qanunsuz yolla əldə olunan "qənimətlərin" bir qismi maddi sübut kimi götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!