Hakan Fidan Sallivanla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan Sallivanla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdi

Siyasət

07 Mart 2024 22:24 726


Azərbaycan-Ermənistan sülh prosesində əldə ediləcək irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə bildirilib.

Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə normallaşması barədə müzakirələr aparılıb. pizza

Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi və Qəzzada atəşkəslə bağlı fikir mübadiləsi aparıblar. Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsi və bölgəyə çatan humanitar yardımların artırılmasının vacibliyi qeyd edilib.

Bununla yanaşı, Türkiyənin Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə qətiyyəti vurğulanıb. ABŞ-nin bu məsələdə müttəfiqlik ruhuna uyğun hərəkət etməli bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!