Hakan Fidandan Qara dənizlə bağlı ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidandan Qara dənizlə bağlı ÇAĞIRIŞ

Siyasət

15 Mart 2024 20:04 484


Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizin demilitarizasiyasına çağırıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, o, çağırışını martın 15-də Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib.

“Qara dənizi silahlardan azad etməliyik”, - nazir vurğulayıb. Dördpendirli pizza

Onun sözlərinə görə, müharibələrdən əvvəl Qara dənizdə sakitlik hökm sürürdü:

“Müharibədən sonra isə hərbləşmə başladı. Biz Rusiya-Ukrayna müharibəsində “Taxıl saziş”inə nail olduq. Taxıl və digər malların Qara dəniz vasitəsilə daşınmasına şərait yaradılmalıdır. Regionda Qara dənizin rolu itməməlidir. Hərbləşmə region ölkələr üçün təhlükəlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!