Həbib terror aktı ilə bağlı paylaşım etdi: Yaraqlılardan biri onun şagirdidir?

saytların hazırlanması

Evə çatdırılma

Həbib terror aktı ilə bağlı paylaşım etdi: Yaraqlılardan biri onun şagirdidir?

Dünya

24 İyun 2024 10:17 1382


Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanda baş verən terror aktları ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, Həbib silahlı şəxslərin hücumu nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

“Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Allah hamımızı belə vəziyyətlərdən qorusun, başımızın üstündə sülh səması nəsib etsin. pizza sifarişi

Özünüzün və yaxınlarınızın qayğısına qalın, hər kəs ətrafına və uşaqlarına, kimlərlə ünsiyyət qurduqlarına və ətrafına baxsın.

Ruhların tərbiyəsi bədən tərbiyəsindən daha vacibdir”, - deyə Həbib bildirib.

Qeyd edək ki, iyunun 23-də silahlı qruplar Dərbənddə sinaqoq və kilsəni atəşə tutub, həmçinin Mahaçqalada yol polisi postuna hücum ediblər. Son məlumatlara görə, 15 polis əməkdaşı və bir neçə mülki şəxs həlak olub. 6 yaraqlı zərərsizləşdirilib.

“Mash” Telegram kanalı bildirib ki, Dağıstanda təhlükəsizlik qüvvələri tərəfindən məhv edilən yaraqlılardan biri MMA döyüşçüsü Hacımurad Kaqirov ola bilər. Bildirilib ki, idmançı Abdulmanap Nurməhəmmədovun məktəbinin şagirdi və oğlu Həbibin “Eagles MMA” klubunun döyüşçüsüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!