Həbsi səs-küy doğurmuş restoran sahibi azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Həbsi səs-küy doğurmuş restoran sahibi azadlığa çıxdı

Kriminal

08 İyul 2023 11:06 1628


2021-ci ilin iyununda Şəmkir rayonunda həbs edilən "Qala” restoranının sahibi Tural Zeynalov azadlığa buraxılıb.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə həbsə məhkum edilən iş adamı ötən gün cəzaçəkmə müəssisəsindən buraxılıb. Dominos pizza

Əvvəllər deputatlığa namizəd olmuş Tural Zeynalovun həbsi geniş müzakirələrə səbəb olmuş, onun saxlanılması zamanı çəkilən görüntülər mediada yayılmışdı.

DİN-in yaydığı açıqlamada sözügedən restoranda karantin qaydalarına zidd olaraq toy məclisinin keçirildiyi bildirilmişdi. Məlumata görə, polis əməkdaşları həmin restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!