HƏMAS atəşkəsə razılıq verdi

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS atəşkəsə razılıq verdi

Dünya

05 İyul 2024 10:10 400


HƏMAS beynəlxalq vasitəçilərin atəşkəslə bağlı təşəbbüsünə müsbət cavab verib.

Yenisabah.az xəbər verir ki, bunu təşkilatın Beynəlxalq Əlaqələr üzrə katibi Ali Baraka açıqlayıb.

O bildirib ki, təmsil etdiyi qurum bu istiqamətdə istənilən təşəbbüsü dəstəkləyir və hesab edir ki, bu kimi çağırışlara qarşılıqlı şəkildə əməl olunmalıdır: Dominos pizza

“HƏMAS və digər qruplaşmalar bölgədə davamlı atəşkəsin bərqərar olması, eləcə də İsrail hərbçilərinin Qəzzadan geri çəkilməsi ilə nəticələnəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. Buna görə də Misir və Qətərin atəşin dayandırılması çağırışına qoşulmağa hazır olduğumuzu bildiririk. HƏMAS olaraq məqsədimiz işğalın dayandırılması və regionda davamlı sülhə nail olmaqdır. İsrail ordusu dinc əhaliyə qarşı hücumları dayandırarsa, biz də bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!