HƏMAS İsraili hədələdi

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS İsraili hədələdi

Dünya

08 İyun 2024 23:56 528


Fələstinin HƏMAS hərəkatının tərəfdarları İsrailin Nuseyrat qaçqın düşərgəsindən dörd həmvətənini azad etmək əməliyyatından sonra Qəzzada saxlanılan girovların sayını artıracaqları ilə hədələyir.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, müvafiq bəyanat radikalların rəsmi teleqram kanalında dərc olunub.

“İsrail hərbçilərinin 8 aydan sonra girovlarından bir neçəsini azad etdiyini elan etməsi onların Qəzzada strateji məğlubiyyətə uğraması faktını dəyişmir: biz hələ də xeyli sayda girov saxlayırıq və onların sayını daha da artırmağa qadirik”, - bəyanatda vurğulanıb. Sezar pizza

HƏMAS ABŞ-ın İsrailin Nuseyrat əməliyyatında fəal iştirak etdiyini təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!