HƏMAS hərəkatı ABŞ, Misir və Qətərlə yanaşı, Rusiya Federasiyası, Çin və Türkiyənin də İsraillə müqavilənin qarantı olmasını istəyir.
Yenisabah.az Wall Street Journal-a istinadla xəbər verir ki, vasitəçilər HƏMAS-ın yeni sülh təşəbbüslərinə ilkin cavabını alıblar. Hərəkat İsraildən ilk növbədə qoşunlarını Filadelfiya dəhlizindən və Rafah keçid məntəqəsindən çıxarmağı tələb edib.
Növbəti 48 saat ərzində vasitəçilər hərəkatı tələblərini yumşaltmağa razı salmağa çalışsalar da, bundan sonra İsrail Qəzza zolağında girovları xilas etmək üçün əməliyyat keçirib. pizza hut
Razılaşmanın ilk həftəsinin sonuna qədər fələstinlilər bildirib ki, İsrail ordusunun Misirlə sərhəddəki sektordan çəkilməlidir. Öz növbəsində, HƏMAS girovları azad etməyə başlamazdan əvvəl İsrail qoşunlarının anklavdan tam çıxarılmasını və daimi atəşkəs elan olunmasını gözləyəcək.
Telegram kanalımız