“Hər bir vergül üstündə mübarizə gedirdi” – Putin Qarabağdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Hər bir vergül üstündə mübarizə gedirdi” – Putin Qarabağdan danışdı

Siyasət

18 Yanvar 2021 07:47 1741


Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda atəşkəs haqqında noyabr bəyanatının qəbul edilməsi ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, o deyib ki, razılaşmanın mətni əvvəlcədən hazırlanmayıb. Bütün qərarlar birbaşa Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə qəbul edilib: “Sadəcə, hərbi əməliyyatlar zonasında elə vəziyyət yaranmışdı, açığını deyək, Ermənistan elə bir həddə gəlib çatmışdı ki, qərar qəbul etmək lazım idi. Ancaq haqqına demək lazımdır, bu şəraitdə mübarizə hər iki tərəfdən hər bir söz, hər bir bənd, demək olar ki, hər bir vergül üstündə gedirdi”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!