“Döyüş başlayandan bir ayağım cəbhədədir, bir ayağım Bakıda. Hal-hazırda Füzulidəyəm”.
Bunu Yenisabah.az-a danışan məşhur astroloq Səbuhi Rəhimli deyib. O, cəbhə bölgəsində olsa da, müharibənin nə ilə nəticələnəcəyini proqnozlaşdırmağın mümkün olmadığını bildirib:
“İndi Füzuidəyəm, “YouTube” kanalım üçün reportajlar hazırlayıram, bölgədə baş verənlər barədə süjetlər çəkirik. Astroloji proqnoza gəldikdə isə bunu proqnozlaşdırmaq olmaz. Nəsə proqnoz olsa belə ziyanlı ola bilər Burada ordunun gücü lazımdır, iradədən asılı olan şeyləri proqnozlaşdırmaq olmur. Hər halda hər şey yaxşılığa doğru gedir”. Sezar pizza
Astroloq hazırda Füzulinin atəşə tutulmadığı qeyd edib:
“Füzuliyə atəş etmirlər. Bundan əvvəl Horadizi darmadağın edirdilər, mülki obyektləri atəşə tuturdular, amma indi atəş səsləri çox uzaqdan gəlir. Çünki Arazboyu artıq özümüzdədir. Xocavənd tərəfdən səslər gəlir, bu gün Tərtərə, Goranboya atırlar, burada isə sakitlikdir. Böyük ehtimal ki, səslər Ağdam, Xocavən, Şuşa tərəflərdən gəlir. Əhalinin də əhval-ruhiyyəsi əladır, hər şey yaxşıdır”.
Telegram kanalımız