Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilib - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilib - VİDEO

Sosial

17 Dekabr 2024 12:49 280


2024-cü ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. pizza mizza

Təlim toplanışında müxtəlif mövzular üzrə tapşırıqlar icra edilib.

Hərbi vəzifəlilərdən fiziki hazırlıq üzrə normativlər qəbul edilib, onlarla əlbəyaxa döyüş üsulları, habelə silahsız özünümüdafiə fəndlərinin öyrənilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə məşğələlər keçirilib.

Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədilib.

Hərbi vəzifəlilər, həmçinin komando hərbi hissələrində şərti düşmən obyektinə yaxınlaşma, yaşayış məntəqəsinin ələ keçirilməsi və digər tapşırıqlar üzrə taktiki-xüsusi məşğələ keçirilib.

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışında qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!