“Həyatdakı hekayəm qaranlıq gecədə, güllə səsi altında başlayıb“

saytların hazırlanması

Evə çatdırılma

“Həyatdakı hekayəm qaranlıq gecədə, güllə səsi altında başlayıb“

Şou

20 Yanvar 2023 11:46 811


Aparıcı Jalə Həsənli paylaşımı ilə diqqət çəkib. 

Axşam.az xəbər verir ki, 1990-cı il 20 Yanvar günü dünyaya gəldiyini bildirən aparıcı 33 yaşı tamam olduğunu vurğulayıb: 

"Qaranlıq gecədə, şam işığında, güllə səsi altında başlayıb bu həyatdakı hekayəm. Ləyaqətli, şərəfli, mübariz insanların şəhid olduğu gecədə dünyaya göz açmışam. Bəlkə də elə onun təsiridir ki, illərdir ətrafıma da şərəfli və əzmkar insanları toplamağa çalışıram. Alınıbmı? Məncə, alınıb! Bu yaşıma qədər yaxşı dostlar qazanmışam, gözəl xatirələr toplamışam və nəticəsindən dərs çıxaracağım hadisələr yaşamışam. Ətrafımızda bu qədər çirkinliyin yaşandığı bir vaxtda özümə ancaq bir şeyi arzu edirəm: Allah ürəyimdən mərhəməti, başımdan ağlımı, yanımdan güvəndiyim, sevdiyim insanları əskik etməsin!".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!