“O dövrdə mənim mətbuatda çap olunmuş və ya yeni əsərlərimdən ibarət nəşr edilmiş bir kitabımı göstərə bilməz. Əvvəla, “yazı-pozu” yox. Bu da onun “səviyyəsini”, qəzəbini, kinini, qərəzini göstərir. Yazıçıya “yazı-pozu ilə məşğul olur”, demək olmaz. Yazıçı bədii yaradıcılıqla məşğul olur”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucov komitənin digər sabiq sədri Rafiq Əliyevin onun haqqında səsləndirdiyi ittihamlara cavab olaraq deyib.
Qeyd edək ki, Rafiq Əliyev bildirib ki, Hidayət Orucov komitə sədri olarkən yazı-pozu ilə məşğul olub. Dominos pizza
“Yeni Müsavat”a müsahibəsində H. Orucov sələfi haqda sərt ifadələr işlədib:
“Digər tərəfdən, yazıçılıqla məşğul olmaqda qəbahətli nə var ki? O illərdə mənim başım Dövlət Komitəsinin işlərinə elə qarışdı ki... Qarşımızdakı məsələləri yoluna qoymaq üçün gecə-gündüz orada işləmişəm. O, nə istəsən, deyir. Deyir yazı-pozu ilə məşğul idi. Axı onun “İrşad” hotelində xüsusi texnikası vardımı, yaxud biznesdən başı açılırdımı, vaxtı olurdumu ki, baxıb görsün Hidayət Orucov komitədə nə ilə məşğul olur? Onun məşğul olduğu iş məlum idi: “İrşad”ı tikirdi, biznes qururdu və ilaxır. Bu, absurd şeydir, onun başı belə işlərə qarışmışdı”.
H. Orucov qeyd edib ki, o özü heç vaxt bizneslə məşğul olmayıb:
“O işlər mənlik deyil. Mənim fəaliyyətim, təfəkkürüm... Amma mənim təmiz bizneslə məşğul olan insanlara münasibətim çox normaldır. Mənim, ümumiyyətlə, hotel yox e, bir balaca köşk tikmək... - o işlər mənlik deyil. Yazıçı, ümumiyyətlə, ziyalı gərək bir Tanrının hüzurunda təmiz olsun, bir də öz vicdanının. Mən yazıçıyam, siyasətçiyəm, diplomatam, necə gedib o işlərlə məşğul ola bilərəm? Mən gənclik illərindən məsul vəzifələrdə olmuşam, amma heç vaxt biznes barədə düşünməmişəm”.
O, Rafiq Əliyevlə heç vaxt görüşmədiyini də qeyd edib:
“Mən çox nadir hallarda istirahətə gedirəm. Amma o il istirahətə getmişdim, cənab Prezidentin xeyir-duası ilə. Ailə ilə Şimali Qafqazda dincəlirdim. Mən orada olanda onu işdən çıxartdılar. 20-25 gün sonra məzuniyyətdən qayıtdım. Cənab Prezident məni dəvət elədi, bu barədə göstəriş verdi. Onunla (Rafiq Əliyevlə-red.) da üz-üzə gəlmədik. Mən komitədə fəaliyyətə başlayandan 2-3 gün sonra təbrik etmək üçün zəng elədi. Təbrik elədi, mən də dedim ki, məni işə saldınız. O da güldü. Hər halda, oradakı vəziyyəti bilirdi. Sonrakı vaxtlarda mənim onunla nə telefon əlaqəm, nə görüşüm olub. Özü də bunda kinə, qərəzə bax! Dövlət Komitəsinin qurulması illərində, yəni 2006-cı ildən 2012-ci ilədək o proseslər ki, orada getdi, o uğurları həzm edə bilməməsinə bax! Mən 12 il bundan qabaq komitədən getmişəm, o özü isə 17 il qabaq gedib, hələ də bu məsələləri həzm eləyə bilmir.
Bəlkə də mən yenə də bu məsələyə münasibət bildirməzdim. Çünki heç vaxt onun səviyyəsinə özümü endirməzdim. Amma bu, fəallıq edir, “Dövlət Komitəsinin sədri dini bilən olmalıdır”, nə bilim, nəyi bilən olmalıdır. Bir az sonra deyir ərəb dilini bilən olmalıdır”.
Telegram kanalımız