Hikmət Hacıyev: Bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: Bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik

Siyasət

14 Mart 2024 13:24 382


1990-cı illərdən Cənubi Qafqaz regionu parçalanmış vəziyyətdə idi, postsovet məkanında da bir neçə münaqişənin alovlanmasının şahidi olmuşduq.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpas”ı mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, Azərbaycan işğal altındakı əraziləri azad edib, Cənubi Qafqazda stabilliyi bərpa edib: Sezar pizza

“Artıq hamı Ermənistanla münasibətlərin istiləşməsinin şahididir. Biz bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik. Hər kəs Azərbaycanla Ermənistanı sülh müqaviləsi imzalamağa çağırır. Biz də sülh və daha çox əməkdaşlığı təşviş etməyə çalışırıq. İstəyərdik ki, Cənubi Qafqazdakı təcrübə digər bölgələrə yayılsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!