Hikmət Hacıyev mesaj verdi: Oyun bitdi!

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev mesaj verdi: Oyun bitdi!

Siyasət

20 Mart 2024 16:44 20694


Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.

Yenisabah.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkədəki hesabında yazıb:

“Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində və boz zonalarda Novruz bayramı tonqallarla qeyd olunur. Necə deyərlər, Oyun bitdi! Marqarita pizza

Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramiz
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Eşq olsun Ali baş komandanımıza!
    2 years ago
  • İsmayıl
    Allah ilham əliyevi qorusun. Azərbaycan xalqı İlham Əliyevi göz bəbəyi kimi qorumalıdır. Sınmış qürurumuz Ali baş komandanımız və igid oğullarımzın sayəsində bərpa oldu.
    2 years ago