Himalay Məmişov infarkt keçirib? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Himalay Məmişov infarkt keçirib? - Rəsmi açıqlama

Siyasət

03 Mart 2024 15:49 4597


Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirdiyi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Yenisabah.az xəbər verir ki, bu barədə DSMF-dən bildirilib.

Qeyd edilir ki, DSMF sədri İsveçrə Krallığında işgüzar səfərdə olub. Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bununla da DSMF BSTA-nın etibarlı və uzunmüddətli peşəkar tərəfdaşına çevrilib. Dördpendirli pizza

DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!