Hindistan və Pakistanda 50 dərəcə isti - Sakinlərə xəbərdarlıq edildi 

saytların hazırlanması

Evə çatdırılma

Hindistan və Pakistanda 50 dərəcə isti - Sakinlərə xəbərdarlıq edildi 

Dünya

29 May 2024 15:51 458


Hindistanın paytaxtı Yeni Dehlidə rekord həddə çatan temperatur qeydə alınıb - 50 dərəcədən yuxarı. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda yaxın iki gündə vəziyyət yaxşılaşmayacaq. Ölkənin meteorologiya idarəsi qırmızı rəng kodu təyin edib. Evdən çıxmaq təhlükəsiz deyil. 

Şimal-Qərbi Hindistan alovlanır. Racastan ştatının Çuru şəhəri ötən gün ölkə xəritəsində ən qaynar nöqtə olub. Burada temperatur 50,5 dərəcəyə çatıb. Hindistanın qərbindəki Şahapur şəhərində sakinlər gündə 15 kilometrə qədər yol qət etməli olurlar. Quraqlıq və su qıtlığı fonunda buradakı yeganə mənbə quyudur.  Pepperoni pizza

Qonşu Pakistanda da həftənin əvvəlindən bir neçə bölgədə havanın temperaturu 50 dərəcədən yuxarı qalxıb. Sukkur sakinləri qızmar günəşdən Hind çayının sularında xilas olurlar. 

Hindistan və Pakistan sinoptikləri istilərin yalnız iyunun 1-nə kimi azalacağını proqnozlaşdırırlar. 

Moskvada da anomal isti hava hökm sürür. Temperatur normal iqlim normasından 10 dərəcə yüksəkdir. Sinoptiklər deyirlər: isti hava Asiyadan gəlir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!