Hulusi Akardan Qarabağ bəyanatı: “Türk hərbçiləri Azərbaycanda qardaşların...” 

saytların hazırlanması

Evə çatdırılma

Hulusi Akardan Qarabağ bəyanatı: “Türk hərbçiləri Azərbaycanda qardaşların...” 

Siyasət

31 Dekabr 2020 11:45 1577


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Cümə axşamı Bakıda Qarabağ üzrə Türkiyə-Rusiya Monitorinq Mərkəzində iştirak edəcək türk hərbçiləri ilə görüşüb. Bu barədə Anadolu xəbər yayıb.

Hulusi Akar hərbçiləri Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminə nəzarət üzrə missiyanın yerinə yetirilməsinə hazır olmağa çağırıb.

"Qarabağ üzrə birgə mərkəzin fəaliyyətə başlamasından sonra türk hərbçiləri Azərbaycanda qardaşların hüquqlarının keşiyində duracaqlar", - deyə Akar vurğulayıb. Toyuqlu pizza

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri bir müddət əvvəl bildirib ki, Azərbaycanın Ağdam rayonunda atəşkəs rejiminə nəzarət mərkəzinin tikintisi başa çatan kimi Türkiyə Silahlı Qüvvələrinin bir generalı, 35 zabiti fəaliyyətə başlayacaq.

Noyabrın 9-da Türkiyə və Rusiya Qarabağa dair Birgə Monitorinq Mərkəzi arasında memorandum imzalanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!