İcra başçısının qardaşı oğlu atasını öldürdüyünə görə həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının qardaşı oğlu atasını öldürdüyünə görə həbs edildi

Kriminal

29 İyul 2023 17:39 2551


İyulun 26-da Kürdəmir rayonu Pirəköcə kənd sakini Azər Qaraşovun yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 2005-ci il təvəllüdlü Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sezar pizza

Toplanmış sübutlar əsasında Azay Qaraşov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, oğlu tərəfindən öldürülən Azər Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!