İcra başçısının qardaşının ölümünün təfərrüatları - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının qardaşının ölümünün təfərrüatları - VİDEO

Kriminal

27 İyul 2023 10:18 18938


Kürdəmirdə bədbəxt hadisə baş verib. Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranaraq özünə atəş açıb.

Hadisə dünən axşam saat 17:00 radələrində rayonun Pirəköcə kəndində qeydə alınıb.

Kənd sakini 1975-ci il təvəllüdlü Azər Azay oğlu Qaraşov yaşadığı evdə özünə məxsus ov tüfəngini təmizləyərkən ehtiyatsızlıq edib və silah onun əlində açılıb. Pepperoni pizza

Silahdan açılan atəş nəticəsində Azər Qaraşov qarın nahiyəsindən ağır xəsarət alıb və elə hadisə yerindəcə dünyasını dəyişib.

Bundan sonra hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, mərhum Azər Qaraşov 3 uşaq atası idi və rayonun Pirəköcə kəndində ata evində yaşayırdı.

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!