“44 gün davam edən, amma bütün tarixboyu danışılacaq Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra artıq ölkəmizin həyatında yeni mərhələ-quruculuq, inkişaf, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dövrü başlayır”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev istər Vətən müharibəsi dövründə cəbhədən gələn qələbə xəbərlərini xalqa çatdırarkən, istər xarici mətbuata müsahibələrində, istər Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr üçtərəfli razılaşmasından sonra, istərsə də Zəfər sevincini bölüşmək üçün işğaldan azad edilmiş şəhər və kəndlərimizə səfərləri zamanı bu əminliyi ifadə edib ki, Qarabağ bölgəsində cənnət yaradacağıq.
“Xalqımız buna layiqdir. Böyük qayıdış proqramı hazırlanır. Tezliklə Azərbaycan xalqı və bütün dünya işğaldan azad olunmuş, dirçəldilmiş şəhərlərimizi, kəndlərimizi görəcək, xarici qonaqlar bu ərazilərimizi ziyarət etməyə maraq göstərəcək, bir sözlə, inkişaf modeli daim dünyaya nümunə olan Azərbaycanın həyatında yeni mərhələ başlayacaq. Dağlıq Qarabağ münaqişəsi geridə qalmaqla Azərbaycanın yeni iqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanmasını və uğurlu icrasını şərtləndirdi”. pizza hut
O, bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələlərini özündə ehtiva edir.Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların ixtisaslaşması nəzərdə tutulub.
Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kimi aqrar sektor, kənd təsərrüfatı məhsullarının emalı və turizm sahələri müəyyənləşdirilib.
“Şəhər və rayonlarımız işğaldan azad edildiyi gündən bərpa işlərinə start verilib. Hər bir bölgənin inkişafında yol infrastrukturu əhəmiyyətli rol oynadığından ilk diqqət göstərilən məsələ məhz budur. İşğaldan azad edilmiş torpaqlarda görülən işlər, müxtəlif dövlət qurumlarının fəaliyyətə başlaması idarəetmənin səmərəliliyinin artırılmasının Qayıdış proqramının uğurlu icrasında və nəzərdə tutulan vaxtda başa çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini təsdiqləyir. Ölkəmizdə son illərdə həyata keçirilən islahatların əsasında da məhz idarəetmə sisteminin təkmilləşdirilməsi fonunda qısa müddətdə hədəflərin gerçəkləşməsinə nail olmaq dayanır. Azərbaycan xalqı, xüsusilə doğma yurd-yuvalarına qayıtmağı səbirsizliklə gözləyən soydaşlarımız bu sevinci də tezliklə yaşayacaqlarına əmindirlər”.
Telegram kanalımız