Hindistanda onilliklər boyu hindu məbədində yaşayan “ilahi” timsahın dəfn mərasiminə yüzlərlə insan gəlib.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, bu barədə məbədin katibi Ramaçandran Bhat məlumat yayıb.
O bildirib ki, timsah Babia yerli göldə gizlənərək təxminən 80 il Kerala ştatındakı yüksək hörmətə malik Şri Anantapadmanabha Svami məbədini qoruyub. pizza mizza
"İlahi" sürünən günlərlə yemək yemədikdən sonra bazar ertəsi səhər tezdən göldə cansız vəziyyətdə tapılıb.
Hindu tanrısı Vişnuya həsr olunmuş məbədin 3000 yaşı var və əsrlər boyu onu yeganə "ilahi" timsah qoruyub. "Bundan əvvəl, 1940-cı ildə Britaniya hərbçiləri göldəki timsahı öldürüb, ondan sonra göldə Babia peyda olub", - deyə Bhat qeyd edib.
Babia heç bir heyvana və ya insana, o cümlədən xeyir-dua almaq üçün sürünənlərə toxunmaq üçün göl sahilinə gətirilən uşaqlara hücum etmədiyi üçün "ilahi" sayılırdı.
Telegram kanalımız