İlham Əliyev bir qrup şəxsi “Şöhrət” və “Şərəf” ordeni ilə təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev bir qrup şəxsi “Şöhrət” və “Şərəf” ordeni ilə təltif etdi

Siyasət

30 Dekabr 2020 19:35 1064


Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif ediliblər.

Həmçinin, elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!