İlham Əliyevdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı FƏRMAN

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı FƏRMAN

Siyasət

02 Mart 2024 16:28 2494


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinin birinci abzasından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılır.

Bununla nazirliyin kollegiyasının tərkibinə nazir (kollegiyanın sədri), onun müavinləri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər işçiləri daxil edilirlər. Naxçıvan MR DSMF sədri isə artıq kollegiya üzvü sayılmır. pizza sifarişi

Əsasnaməyə görə, zəruri hallarda nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər da daxil edilə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!