İlk hücuma keçən ermənilər olub

saytların hazırlanması

Evə çatdırılma

İlk hücuma keçən ermənilər olub

Hadisə

18 Sentyabr 2022 08:38 11246


Ermənilərin Kolorit kanalında yaydıqları videonu diqqətlə incələsiniz başa düşərsiniz ki ilk təxribata keçən ermənilər olub.

“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib. O, bildirib ki, həmin videoda dəqiq sübutlar bunlardır: 

1. Videodan məlum olur ki, bizim əsgərlərin nəşinin olduğu yer postdur. Orda 3 ədəd təkər görmək olur. Hər halda hücuma keçən insanlar yanında təkər aparmaz. pizza mizza

2. Həmin post erməni postu deyil, bizim postdur. Sübut: videoda Elseave şampun var yerdə, postun içində. Hücuma keçən insan cibində Elseave şampun aparır? Hər halda həmin postun ətrafında ermənilərə aid meyidlər də yoxdur (erməni postunu bizimkilər ələ keçirmiş olsalardı, ətrafında erməni əsgərlərin meyidləri olardı)

3. Əsgərlərimiz paltarı XTQ paltarı deyil. Bizimkilər isə hücuma keçəndə XTQ-lər gedir.

4. Orda yerdə külünk var. Qırmızı rəngdə. Hücuma keçən yanına külünk aparmır.

5. Ətrafda atışma səsləri gəlmir. Deməli hərbi əməliyyatlar daha başlamamışdı. Əgər bizimkilər hücuma keçib çəkilmiş olsalardı, həmin videoda silah səsləri gəlməli idi. Bu ermənilərin basqını idi. 

6. Həmin post geri alınıbsa MN oranı çəkib geolokasiyasını da göstərsə hər şeyə nöqtə qoymuş olacağıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!