İmişlidə bələdiyyə sədrinə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə bələdiyyə sədrinə cinayət işi açıldı

Kriminal

11 İyul 2023 15:58 1440


İmişlidə tikinti işləri zamanı vəzifəli şəxslərin ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktına dair cinayət işi başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Sarıxanlı bələdiyyəsinin sədri Bakir Məhərrəmovun vəzifə səlahiyyətlərini aşaraq qəbiristanlıq ərazisindəki torpaq sahəsində süxurların qazılaraq daşınmasına qanunsuz olaraq icazə verməsinə, podratçı və subpodratçı şirkətlərin vəzifəli şəxslərinin isə qeyd edilən ərazilərdə işlərin görülməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmalarına əsaslı şübhələr müəyyən edilib. pizza hut

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!