İmran Xan yenidən həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

İmran Xan yenidən həbs olundu

Dünya

15 İyul 2024 14:34 848


Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və arvadı Buşra Bibini yeni ittihamlarla iyulun 22-dək həbs edib.

Yenisabah.az Geo TV-yə istinadla xəbər verir ki, vəkil bu həbsin qanunsuz olduğunu bildirib və əlavə edib ki, onların zaminə buraxılması ilə bağlı müraciətlərinə artıq Ali Məhkəmədə baxılır.

2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik etmiş İmran Xan 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ilin avqustunda Xan Toşaxanə dövlət xəzinəsində saxlanılan qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi üzrə həbs edilib. Daha sonra ona qarşı bir sıra ittihamlar, xüsusən də gizli teleqramın yayılması ilə bağlı dövlətə xəyanət və bir sıra başqa ittihamlar irəli sürülüb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!