İndiki qızlar yemək bişirə bilmir? - Əməkdar artstdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İndiki qızlar yemək bişirə bilmir? - Əməkdar artstdən açıqlama

Şou

18 Oktyabr 2022 13:53 3902


Son zamanlar aparılan araşdırmalara əsasən, hər 5 qadından 1-i qızına nadir halda yemək bişirmək haqda “təlim” keçdiyini və ya ümumiyyətlə, bu işlə məşğul olmadığını bildirib. 

Maraqlı məqam odur ki, bu vəziyyətin yaranması anaların yox, məhz qız uşaqlarının tənbəlliyi ilə əlaqələndirilir. 

Analar hesab edir ki, müasir qızlar nəinki yemək bişirməyə, həmçinin, ümumiyyətlə, mətbəxdə “eşələnməyə”, qab yumağa belə həvəs göstərmir. Qadınların əksəriyyəti etiraf edir ki, onlara yeməyi tək hazırlamaq daha asandır, nəinki qızının köməyindən istifadə edərək. pizza mizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Mehriban Xanlarova açıqlamasında zəmanə qızlarından şikayətçi olmadığını deyib:

“Mən şəxsən, istər şəhər olsun, istərsə də rayon, - bir çox yerlərin, ailələrin qonağı oluram. Mənim şahid olduğum məqamlarda isə analar bir kənara çəkilir, qızlar elə süfrə açır ki, bununla 100 nəfəri belə yola salmaq olar”.

Əməkdar artist onu da vurğulayıb ki, tələbə olan qızlarımızı analar daim başa düşməli və dəstək olmalıdır:

“Müasir dövrümüzdə təhsil sistemində bir sıra çətinliklər daim özünü göstərməkdədir. Gənclərimiz, özəlliklə, qızlarımız zamanın demək olar ki, çox hissəsini oxumağa həsr edir. Belə olan halda ola bilər ki, onlar ev işlərinə biganə yanaşsın. Amma mən şəxsən, qızlardan razıyam”, – deyə o yekunlaşdırıb.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!