İndoneziyanın paytaxtı dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

İndoneziyanın paytaxtı dəyişdirilir

Dünya

18 Yanvar 2022 13:46 764


İndoneziya parlamenti plenar iclasda paytaxtın Şərqi Kalimantan əyalətinə köçürülməsi haqqında qanun layihəsini təsdiqləyib.

Yenisabah.az "CNN Indonesia"ya istinadla xəbər verir ki, iclasda 575 deputatdan 305-i iştirak edib.

Yanvarın 17-də İndoneziyanın milli inkişafı planlaşdırma naziri Suharso Monoarfa yeni paytaxtının Nusantara adlandırılacağını elan edib. pizza hut

İndoneziya prezidenti Coko Vidodo 2019-cu ildə paytaxtı Cakartadan köçürməyi planlaşdırdığını açıqlayıb.

Bu məqsədlər üçün 32 milyard dollara yaxın vəsait ayrılıb. Lakin koronavirus pandemiyasına görə layihənin icrası dayandırılıb. İki ildən sonra bərpa olunması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!