İnformasiya müharibəsi: Necə qalib olmalı? - Ekspertdən vacib   Tövsiyələr

saytların hazırlanması

Evə çatdırılma

İnformasiya müharibəsi: Necə qalib olmalı? - Ekspertdən vacib Tövsiyələr

Sosial

08 Oktyabr 2020 15:21 1584


Hazırda Ermənistan-Azərbaycan arasında cəbhədə davam edən şiddətli döyüşlərlə yanaşı, arxa cəbhədə informasiya müharibəsi gedir.

İnformasiya savaşı döyüş meydanındakı savaşdan az əhəmiyyət daşımır. Hazırda ermənilər bütün dünyada  bizə  qarşı informasiya savaşı açıblar. 

Bəs görək yerli telekanallar informasiya müharibəsində orduya lazımi dəstəyi verə bilirmi? Bu sahədəki çatışmazlıqlar nələrdir? Toyuqlu pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış jurnalist və media eksperti Qulu Məhərrəmli hazırda televiziyaların izləyici auditoriyasının genişləndiyini bildirib:

“İndiki şəraitdə internetlə bağlı vəziyyətə görə televiziyanın kütləsi qismən genişlənir, ikinci bir tərəfdən mövzunun özü – müharibə şəraiti televiziyaları diqqət mərkəzinə gətirib. Bu iki mühüm səbəbə görə televiziyalar daha yüksək peşəkarlıqla və həssas çalışmalıdırlar. Məncə, çalışırlar, xəbər proqramları, analitik proqramlar meydana çıxıb, hadisə yerindən xəbər verməyə çalışırlar, rəsmi  xəbərləri sistemli şəkildə çatdırırlar, yerlərdən müxbirlər materiallar verir, qonaqlar dəvət olunur. Yeni rubrikalar açırlar, hərbi ekspertlər dəvət olunur, müzakirələr aparılır və s.”.

Professor televiziyaların fəaliyyətində müəyyən çatışmazlıqların olduğunu da qeyd edib:

“Əlbəttə ki, uzun illər televiziyada durğunluq vəziyyəti olub və bu özünü indiki halda göstərir. İlk növbədə proqramlarda çeviklik çatmır, ikincisi, peşəkarlıqda axsamalar özünü göstərir, üçüncüsü, yerlərdə reportyorların işi heç də həmişə tamaşaçını razı salmır. Reportyorun işi olduğu yerdəki  mühiti çatdırmaqdır, bəzən reportyorlar bunu bir kənara qoyub, şərh verməklə, müzakirə etməklə məşğul olurlar. Hesab edirəm ki, bunlar artıqdır və redaksiya rəhbərləri, prodüserlər reportyorların tapşırıqlarını konkretləşdirməlidirlər. Ümumən danışdıqda isə bu gün televiziyalar var gücü ilə çalışır ki, tamaşaçının marağını cəlb etsin. Dediyim nöqsanların aradan qaldırılması bilavasitə televiziyaların xeyrinə olardı. Mən bütün həmkarlara uğurlar arzulayıram”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!