"İnsanlar səs verməkdən çəkinməməlidirlər".
Yenisabah.az Fars-a istinadla xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəi bildirib.
O əlavə edib: "Bu, mühüm nəticələri olan asan bir işdir. Niyə insanlar pul, zəhmət, vaxt və təzyiq tələb etməyən və bir çox faydası olan bir işi görməkdən çəkinirlər?! İslam Respublikası xalqın hüzuruna əsaslanır və İslam Respublikasının həqiqiliyini və bütövlüyünü sübuta yetirmək üçün xalqın hüzuru vacibdir". Dominos pizza
Bu gün keçirilə prezident seçkilərində əsas iddialılar: Məsud Pezeşkian, Səid Cəlili, Məhəmməd Baqir Qalibaf və Mustafa Purməhəmmədi artıq səsvermədə iştirak ediblər.
Hələlik seçkilərdə yüksək seçici iştirakı müşahidə olunmur.
Telegram kanalımız