İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Gələn ildən...

saytların hazırlanması

Evə çatdırılma

İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Gələn ildən...

Sosial

08 Dekabr 2024 09:27 1145


Gələn ildən daha çox vətəndaş ipoteka kreditlərindən faydalana biləcək.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. pizza mizza

Deputat əlavə edib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.

O qeyd edib ki, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə edilir. Bütövlükdə, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur.

İndiyədək Fond tərəfindən 52 min 59 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 276 milyon manatdan çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!