İran gənclərimizi zəhərləməkdə davam edir... - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İran gənclərimizi zəhərləməkdə davam edir... - VİDEO

Kriminal

06 Avqust 2023 13:55 1913


İrandan ölkəmizə qanunsuz yolla narkotik vasitələr daşıyan dəstə ifşa edilib

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən əməliyyat nəticəsində 36 yaşlı Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanlar 33 yaşlı Yusif Hüseynov və 38 yaşlı Ramid Abdullayev saxlanıblar. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kq güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla umumilikdə 73 kq. narkotik vasitə ve psixotrop maddə, həmçinin 1500 ədəd həb aşkarlanıb.

Saxlanılan şəxslərin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdikləri məlum olub. pizza hut

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!