İran səfiri Cənubi Qafqazdakı yeni marşrutlardan danışdı

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri Cənubi Qafqazdakı yeni marşrutlardan danışdı

Dünya

05 İyul 2024 12:11 601


Şimal-Cənub nəqliyyat dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi çox ciddi alternativdir və daha qısa marşrut hesab edilən Qara dənizə çıxışı mümkün edir.

Yenisabah.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.

O bildirib: “Ermənistanın cənubunda, Aqarak-Kacaran hissəsinin ərazisində Ermənistan ərazisindən keçən hissədə artıq tikinti işlərinə başlanılıb. Bu aydın proqramdırr. Ermənistan ökuməti cənub hissəsində bu tikinti işlərinin aparılması üçün kifayət qədər böyük büdcə ayırıb. Bunu müsbət addım kimi qiymətləndiririk. Marqarita pizza

Bu, birinci mərhələdir. Yaxın vaxtlarda ikinci mərhələ - Kacaran tunelinin tikintisi üçün tender elan olunacaq. Kacarandan Sisiana gedən yolun tikintisi ilə bağlı açıqlama gözlənilir. Bu, bu hissədə nəqliyyat vasitələrinin hərəkətini asanlaşdıracaq”.

Səfirin fikrincə, bu yollar bir-birini əvəz etmir, əksinə tamamlayır. "Ermənistan və Gürcüstan ərazilərindən Qara dənizə gedən yol səyahət vaxtını 2 gün azaldır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!