İran XİN: Xarici qoşunlar Qafqazda sabitlik yaratmır

saytların hazırlanması

Evə çatdırılma

İran XİN: Xarici qoşunlar Qafqazda sabitlik yaratmır

Siyasət

22 Aprel 2024 14:38 416


İran həmişə vurğulayıb ki, xarici qoşunların Cənubi Qafqaza yeridilməsi təhlükəsizlik və sabitliyin bərqərar olmasına, region xalqlarının maraqlarının təmin olunmasına kömək etmir.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazın təhlükəsizliyi İranın ən mühüm prioritetlərindən biridir. Pepperoni pizza

Kənani əlavə edib ki, Cənubi Qafqazın təhlükəsizliyi bütün regionun təhlükəsizliyinə təsir edir.

XİN-in mətbuat katibi qeyd edib ki, İranın strategiyası mövcud mexanizmlərdən istifadə edərək fikir ayrılıqlarını həll etmək və Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün danışıqlar və çoxtərəfli dialoq aparmaqdır:

“Cənubi Qafqazda militarizmin artırılmasına yönəlmiş istənilən yanaşma regionda təhlükəsizlik vəziyyətini çətinləşdirəcək və regionda sülh prosesinə zərər verəcək və İran bunu qəbul etməyəcək. Region ölkələri regionda vəziyyəti çətinləşdirəcək mexanizmlər yaratmaq istəmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!