İranda daha bir yeniyetmə qız öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

İranda daha bir yeniyetmə qız öldürüldü

Hadisə

25 Oktyabr 2022 15:22 1449


İranda daha bir yeniyetmə qız hökumət qüvvələri tərəfindən öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Arnika Qaim Məqami adlı gənc qız Tehranda keçirilən etirazlar zamanı hökumət qüvvələrinin başına vurduqları dəyənək zərbələri nəticəsində komaya düşüb. Dominos pizza

Xəstəxananın reanimasiya bölməsinə yerləşdirilən qız oktyabrın 22-də həyatını itirib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, başından ağır zədələr alan yeniyetmə qız repressiv qüvvələr tərəfindən aparılıb. Sonradan isə onun orduya məxsus xəstəxanada reanimasiya şöbəsində huşsuz vəziyyətdə olduğu məlum olub. Məsələnin ictimailəşdirilməsindən sonra hökumət rəsmiləri gənc qızın yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq öldüyünü iddia ediblər.

Xatırladaq ki, İranın məhkəmə hakimiyyəti və təhlükəsizlik orqanları son həftələrdə öldürülən onlarla insanın hündürlükdən yıxılma, zəhərlənmə və başqa bu kimi səbəblərdən həyatını itirməsi barədə cəfəng iddialar səsləndirib.

Qeyd edək ki, daha öncə baş örtüsünə görə öldürülən Məhsa Əmini, həmçinin Urmiya şəhərində hicabını açdığı üçün döyülərək öldürülən məktəbli qız və başqaları barədə də eyni yalan açıqlamalar verilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!