İranda etirazçılar atəşə tutuldu - Ölən və yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

İranda etirazçılar atəşə tutuldu - Ölən və yaralılar var

Hadisə

20 Noyabr 2022 12:38 813


İranda kütləvi aksiyaların qarşısını almaqda çətinlik çəkən hüquq-mühafizə orqanları etirazçılara atəş açıb.

Modern.az xəbər verir ki, bu barədə İranın teleqram kanalları məlumat yayıb.

Məlumata əsasən, SEPAH üzvləri etirazları yatırmaq üçün Qərbi Azərbaycan vilayətində nümayişçilərə atəş açıb. İnsident nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir. pizza mizza

Ümumilikdə isə İrandakı aksiyalarda 400-dən çox insanın həlak olduğu deyilir. 

Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranın bütün şəhərlərini bürüyən kütləvi aksiyaların yatırılmasında “Bəsic” üzvləri polis və digər təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkət edib. Təşkilat üzvlərinin aksiya iştirakçılarına qarşı qəddar davranışı diqqətdən yayınmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!